Biznesinizi cərimələrdən və sanksiyalardan qorumaq, gəlirlərinin artması və uzunömürlülüyünü təmin etmək və biznes mühitini inkişaf etdirməkdir.
Bazardakı yenilikləri izləyərək, bunun əsasında beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.
Müasir idarəetmə standartlarının və keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi yolu ilə öz müştərilərinə yüksek keyfiyyətli xidmetlerin və telimlerin göstərilməsidir.
Biz həm fərdi sahibkarlar, həm də hüquqi şəxslər üçün tam spektrli xidmətlər təklif edirik. Bura vergi uçotunun qurulması, hesabatların (ƏDV, mənfəət, gəlir vergisi, DSMF və s.) hazırlanması və göndərilməsi, kadr uçotu, habelə vergi yoxlamaları zamanı peşəkar müşayiət daxildir.
Biz müştərilərimizə yüksək keyfiyyətli xidmətlər təmin etmək üçün əlimizdən gələni edirik. Bizimlə işləmək sizin üçün sərfəli olacaq, çünki biz təcrübəli kadrlar və geniş sahə təcrübəsi vəd edirik.
Komandamız mütəmadi olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsindəki dəyişiklikləri izləyir və daxili audit sistemimiz vasitəsilə bütün hesabatları göndərməzdən əvvəl təkrar yoxlayırıq. Müqavilə əsasında fəaliyyət göstərdiyimiz üçün görülən işlərin dəqiqliyinə və qanunvericiliyə uyğunluğuna tam məsuliyyət daşıyırıq.
Bəli, biz keçmiş dövrlər üzrə korlanmış və ya tam aparılmamış mühasibat uçotunun bərpası xidmətini təqdim edirik. Sənədləriniz yenidən təhlil edilir, səhvlər düzəldilir və dəqiqləşdirilmiş hesabatlar təqdim edilərək vergi riskləriniz minimuma endirilir.